Yuxarı

Putin: "Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı kimi qiymətləndirir"

Onlar telefonu qaldırıb bizə zəng edə bilərdi

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyə hökumətinin təyyarəmizə qarşı hərəkətini dost deyil, düşmən addımı kimi qiymətləndiririk".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulması hadisəsinə şərh verərkən deyib.

Onun sözlərinə görə, Rusiya tərəfini insidentdən sonra Türkiyə rəhbərliyindən heç kimin Moskva ilə əlaqə yaratmaması qıcıqlandırıb: "Bunun yerinə, onlar Brüsselə qaçdı. NATO-nun arxasında gizlənməyə başladılar. Bu NATO-ya lazımdır? Məlum oldu ki, yox".

V.Putin Rusiyanın Türkiyə ilə əməkdaşlıqdan imtina etmədiyini vurğulayıb. O bildirib ki, Moskva bir sıra həssas məsələlərin həllində Ankaranı dəstəkləməyə razılaşıb: "Bizə həssas məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduqlarını göstərsəydilər, hadisədən sonra telefonu qaldırıb bizə zəng edə bilərdilər. Amma heç bir söz də demədilər".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi