Putin: "Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı kimi qiymətləndirir"

Putin: "Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı kimi qiymətləndirir" "Onlar telefonu qaldırıb bizə zəng edə bilərdi"
Digər ölkələr
17 Dekabr , 2015 14:52
Putin: Moskva Türkiyə Su-24 təyyarəsini məhv etməsini düşmən addımı kimi qiymətləndirir

Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyə hökumətinin təyyarəmizə qarşı hərəkətini dost deyil, düşmən addımı kimi qiymətləndiririk".

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi illik mətbuat konfransında Rusiya təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulması hadisəsinə şərh verərkən deyib.

Onun sözlərinə görə, Rusiya tərəfini insidentdən sonra Türkiyə rəhbərliyindən heç kimin Moskva ilə əlaqə yaratmaması qıcıqlandırıb: "Bunun yerinə, onlar Brüsselə qaçdı. NATO-nun arxasında gizlənməyə başladılar. Bu NATO-ya lazımdır? Məlum oldu ki, yox".

V.Putin Rusiyanın Türkiyə ilə əməkdaşlıqdan imtina etmədiyini vurğulayıb. O bildirib ki, Moskva bir sıra həssas məsələlərin həllində Ankaranı dəstəkləməyə razılaşıb: "Bizə həssas məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduqlarını göstərsəydilər, hadisədən sonra telefonu qaldırıb bizə zəng edə bilərdilər. Amma heç bir söz də demədilər".

Son xəbərlər

Orphus sistemi