Putin: "Ərdoğanın istefası Rusiyanın işi deyil"

Putin: "Ərdoğanın istefası Rusiyanın işi deyil" "Son 10 il ərzində Rusiya ilə Türkiyə arasında formalaşan əməkdaşlığın əlaqələri hazırda dağılmaqdadır"
Digər ölkələr
27 Noyabr , 2015 02:48
Putin: Ərdoğanın istefası Rusiyanın işi deyil

Bakı. 27 noyabr. REPORT.AZ/ "Rəcəb Tayyip Ərdoğanın vəzifəsində qalıb-qalmaması məsələsi türk xalqının daxili işidir. Bunun Rusiya ilə heç bir əlaqəsi yoxdur. Biz digər ölkələrin daxili işlərinə qarışmadıq və bundan sonra da müdaxilə etmək niyyətində deyilik".

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti təəssüflə qeyd edib ki, son 10 il ərzində Rusiya ilə Türkiyə arasında formalaşan əməkdaşlığın əlaqələri hazırda dağılmaqdadır.

"Biz Türkiyəni sadə qonşu hesab etmirdik. Dost ölkə və bir növ hətta müttəfiq də hesab edirdik. Əfsuslar olsun ki, bu əməkdaşlıq düşüncəsiz bir şəkildə və kobudcasına məhv edilir", - deyə Putin əlavə edib.

Son xəbərlər

Orphus sistemi