​Putin: "Əcnəbiləri ölkənin uyğunlaşdıra biləcəyi qədər qəbul etmək lazımdır"

​Putin: "Əcnəbiləri ölkənin uyğunlaşdıra biləcəyi qədər qəbul etmək lazımdır" Rusiya heç də həmişə miqrasiya məsələlərinin öhdəsindən səmərəli gələ bilmir
Digər ölkələr
18 İyun , 2016 01:44
​Putin: Əcnəbiləri ölkənin uyğunlaşdıra biləcəyi qədər qəbul etmək lazımdır

Bakı. 18 iyun. REPORT.AZ/ Ölkənin öz əmək bazarına, dilinə və mədəni ənənələrinə uyğunlaşdıra biləcəyi qədər əcnəbi qəbul etməsi lazımdır.

"Report" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı bildirib.

O qeyd edib ki, "cəmiyyətin miqrantların maraqlarına söykənən liberal quruculuq modeli, əlbəttə gözəl görünür, lakin bu, əvvəl-axır əhalinin qıcıqlanmasına gətirib çıxara bilər".

Bununla yanaşı Putin bildirib ki, Rusiya bu məsələdə başqasının kədərinə sevinmir və özü heç də həmişə miqrant məsələsinin öhdəsindən səmərəli gələ bilmir.

"Biz heç bir halda başqasının kədərinə sevinmirik, heç kimi ittiham etmirik. Bizim özümüzdə heç də hər şey yolunda getmir. Lakin, mənə elə gəlir ki, sizin problem daha kəskindir, çünki nə qədər də olmasa sizə gələn miqrant axını – onlar tamamilə yad insanlardır, bizdə isə yox", — deyə prezident bildirib və izah edib ki, keçmiş SSRİ respublikalarından olan insanlar ümumi ölkə ilə əlaqəli olublar.

Son xəbərlər

Orphus sistemi