Puerto-Rikonun qubernatoru Trampın sözlərinə reaksiya verib

Puerto-Rikonun qubernatoru Trampın sözlərinə reaksiya verib Bakı. 13 sentyabr. REPORT.AZ/ Puerto-Rikonun qubernatoru Rikardo Rosello ABŞ prezidenti Donald Trampın bu adada 2017-ci ildə baş verən qasırğaların qurbanlarının sayı barədə bəyanatını şərh edib.
Digər ölkələr
13 Sentyabr , 2018 22:12
Puerto-Rikonun qubernatoru Trampın sözlərinə reaksiya verib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Puerto-Rikonun qubernatoru Rikardo Rosello ABŞ prezidenti Donald Trampın bu adada 2017-ci ildə baş verən qasırğaların qurbanlarının sayı barədə bəyanatını şərh edib.

Bu barədə "Report" CBS-ə istinadən xəbər verir.

"Deməliyəm ki, nə Puerto-Riko sakinlərinin, nə qurbanların (qasırğa qurbanları -red) əzabları şübhəyə məruz qalmağa layiqdir", - deyə o qeyd edib.

Avqustda Rosello bildirib ki, adada baş vermiş "Mariya" qasırğası nəticəsində 2975 nəfər həlak olub. Daha əvvəl Tramp adada baş vermiş təbii fəlakət qurbanlarının sayı haqqında dəqiq məlumatlardan şübhələndiyini deyib.

Son xəbərlər

Orphus sistemi