Puerto-Riko ərazisində gündüz vaxtı tam elektrik kəsintisi olub.
“Report” xəbər verir ki, bu barədə “El Nuevo Dia” məlumat yayıb.
Nəşrə görə, qəza təxminən saat 12:40-da (Bakı vaxtı ilə 20:40) ölkədəki bütün elektrik generasiya qurğularının gözlənilmədən sıradan çıxması səbəbindən baş verib.
1,1 milyondan çox insan, yəni ölkə əhalisinin təxminən 80 %-i işıqsız qalıb. İqtidar bildirib ki, hakimiyyət və milli elektrik enerjisi şirkəti LUMA fövqəladə hadisənin fəsadlarını aradan qaldırmaq üçün əllərindən gələni edirlər.
Xalq Demokratik Partiyasının lideri Pablo Xose Hernandes baş verənlərdən sonra deyib ki, enerji təchizatı sahəsində böhran artıq bir çox illərdir davam edir və vəziyyət ildən-ilə pisləşir, buna görə də uzunmüddətli həll tələb olunur.