Puçdemon Kataloniyada keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir

Puçdemon Kataloniyada keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir "Mən namizəd olmaq istəyirəm"
Digər ölkələr
3 Noyabr , 2017 22:39
Puçdemon Kataloniyada keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir

Bakı. 3 noyabr. REPORT.AZ/ İspaniyanın Kataloniya muxtariyyətinin sabiq rəhbəri Karles Puçdemon dekabrın 21-də keçiriləcək regional seçkilərdə iştirak etməyə hazır olduğunu bildirib.

“Report” xəbər verir ki, o bunu Belçikanın RTBF telekanalına müsahibəsində deyib.

"Mən namizəd olmaq istəyirəm", — deyə Puçdemon bildirib.

Bundan əvvəl İspaniyanın baş naziri Mariano Raxoy hökumətin Kataloniya parlamentini buraxmaq və dekabrın 21-də regionda seçkilər təyin etmək qərarına gəldiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi