Puçdemon Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşmağa çağırıb

Digər ölkələr
  • 16 yanvar, 2018
  • 02:54
Puçdemon Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşmağa çağırıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon İspaniya hökumətinin başçısı Mariano Rahoyu regional parlamentin üzvləri vəzifədən kənarlaşdırılan muxtariyyət hökumətinin bərpasına dair qərarına hörmətlə yanaşmağa çağırıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Belçikaya qaçan siyasətçi öz "Twitter" səhifəsində yazıb.

Puçdemon xatırladıb ki, ötən il dekabrın 21-də regionda keçirilən seçkilərdə Xalq Partiyası 135 nəfərlik parlamentdə yalnız 4 yerə sahib olub.

Buna baxmayaraq, o, bildirib ki, Rahoy Madriddən Kataloniyanı idarə etməyə davam edir: "Qoy demokrat olsun və Kataloniya parlamentinin hökuməti bərpa etməyə dair qərarına hörmətlə yanaşsın", - Puçdemon yazıb.