Prezidentliyə daha bir keçmiş namizəd ABŞ-ın dövlət katibi ola bilər

Prezidentliyə daha bir keçmiş namizəd ABŞ-ın dövlət katibi ola bilər O, Rusiyanı ABŞ-ın "geopolitik düşməni" adlandırır
Digər ölkələr
18 Noyabr , 2016 02:04
Prezidentliyə daha bir keçmiş namizəd ABŞ-ın dövlət katibi ola bilər

Bakı. 18 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə Mitt Romninin namizədliyini irəli sürə bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, "NBC News" telekanalının aparıcısı Keyt Snou öz "Twitter" səhifəsində yazıb.

İnformasiyaya əsasən, 2012-ci ildə Mitt Romni ABŞ prezidentliyinə namizəd olanda Donald Tramp onu dəstəkləyib. Məlumata görə, seçkiqabağı 2015-2016-cı illərdə Romni ilə Tramp bir-birinin ünvanına tənqidi fikirlər söyləyiblər.

Xəbərdə bildirilib ki, seçkidən sonra keçmiş namizəd Romni Trampa zəng edərək, onu qələbəsi münasibəti ilə təbrik edib.

Məlumata əsasən, Romni Rusiyaya qarşı sərt mövqedən çıxş edir. O, Rusiyanı ABŞ-ın "geopolitik düşməni" adlandırır.

Qeyd edək ki, ABŞ-ın indiki dövlət katibi Con Kerri də 2004-cü il prezident seçkisində Demokratlar Partiyasından namizəd olub. Onda Kerri Respuiblikaçılar Partiyasının namizədi kiçik Corc Buşça uduzmuşdu. 

Son xəbərlər

Orphus sistemi