Bakı. 7 yanvar. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro ölkə televiziyasının efirində bildirib ki, Milli Assambleyanın yeni başçısı Xuan Quaido ABŞ-ın agentidir.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"O idarə olunan oyuncaqdır, ABŞ-ın kəşfiyyatının orqanları tərəfindən hazırlanmış agentdir, məhz onlar ona rəhbərlik edirlər", - deyə prezident iddia edib.
Quaido bir neçə gün əvvəl Venesuela parlamentinin rəhbəri vəzifəsinin icrasına başlayıb.
Venesuelanın Milli Assambleyasına müxalifət nəzarət edir.
Daha əvvəl Venesuelanın