Portuqaliyanın sabiq prezidenti vəfat edib

Portuqaliyanın sabiq prezidenti vəfat edib Portuqaliyanın sabiq prezidenti Jorje Sampayyu 82-ci yaşında vəfat edib.
Digər ölkələr
10 Sentyabr , 2021 13:52
Portuqaliyanın sabiq prezidenti vəfat edib
Jorje Sampayyu

Portuqaliyanın sabiq prezidenti Jorje Sampayyu 82-ci yaşında vəfat edib.

Bu barədə “Report” TASS agentliyinə istinadən xəbər verir.

Sabiq ölkə başçısı 2 həftə əvvəl respirator xəstəlik səbəbindən yerləşdirildiyi Lissabondakı xəstəxanada dünyasını dəyişib. J.Sampayyunun ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, o, 1996-cı ildən 2006-cı ilədək Portuqaliya prezidenti vəzifəsini tutub. Demokratiyanın möhkəmləndirilməsi və insan hüquqlarının qorunması sahəsində fəaliyyətinə görə Jorje Sampayyu 2015-ci ildə BMT-nin Nelson Mandela adına mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi