Portuqaliyada prezident seçkilərində hazırkı dövlət başçısı qalib oldu

Portuqaliyada prezident seçkilərində hazırkı dövlət başçısı qalib oldu Portuqaliyanın hazırkı dövlət başçısı Marselo Rebelo de Souza seçki bülletenlərinin 55,47%-nin hesablanmasından sonra prezident seçkilərində liderlik edir.
Digər ölkələr
25 Yanvar , 2021 03:23
Portuqaliyada prezident seçkilərində hazırkı dövlət başçısı qalib oldu
Marselo Rebelo de Souza

Portuqaliyanın hazırkı dövlət başçısı Marselo Rebelo de Souza seçki bülletenlərinin 95,89%-nin hesablanmasından sonra prezident seçkilərində qalib olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı ilkin nəticələri ölkənin Daxili İşlər Nazirliyi elan edib.

Məlumata görə, hazırkı prezident seçkilərdə 62,54% səs toplayıb. Onu radikal sağ “Chega” Partiyasının lideri Andre Ventura (11,87%) və hüquqşünas, sabiq-diplomat Ana Qomeş (11,78%) təqib edir.

Digər namizədlərdən Vitorinu Silvaya 3,35% seçici səs verib, Marizu Matiaş - 3,9%, Joau Ferreyru - 3,82%, Tiaqu Mayan Qonsalveş 2,75% seçicidən dəstək qazanıb. Beləliklə, Rebelo de Souza seçkilərin birinci turunda qələbə üçün lazımi dəstəyi alıb.

Portuqaliyada prezident seçkiləri ölkədə koronavirusun yayılmasının artması fonunda keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə saat 23:00) bağlanıb.

On milyondan çox əhalinin yaşadığı Portuqaliyada koronavirusa 636 mindən çox yoluxma qeydə alınıb, 10,4 mindən çox insan vəfat edib.

00:41

Portuqaliyanın hazırkı dövlət başçısı Marselo Rebelo de Souza seçki bülletenlərinin 55,47%-nin hesablanmasından sonra prezident seçkilərində liderlik edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı ilkin nəticələri ölkənin Daxili İşlər Nazirliyi elan edib.

Məlumata görə, hazırkı prezident 65,51% səs toplayıb. Onu radikal sağ “Chega” Partiyasının lideri Andre Ventura (12,33%) və hüquqşünas, sabiq-diplomat Ana Qomeş (9,57%) təqib edir.

Vitorinu Silvaya 3,82% seçici səs verib, Marizu Matiaş - 3,48%, Joau Ferreyru - 3,29%, Tiaqu Mayan Qonsalveş 2% seçicidən dəstək qazanıb. Beləliklə, Rebelo de Souza seçkilərin birinci turunda qələbə üçün lazımi dəstəyi alıb.

Portuqaliyada prezident seçkiləri ölkədə koronavirusun yayılmasının artması fonunda keçirilib. Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə saat 23:00) bağlanıb.

Ölkədə 9 milyondan çox insan səsvermə hüququna malikdir. Portuqaliya prezidenti vəzifəsinə yeddi namizəd iddialıdır. Ölkə qanunvericiliyinə əsasən, prezident birbaşa və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Hazırkı dövlət başçısı, 72 yaşlı Marselo Rebelo de Souza 2016-cı ildə prezident vəzifəsini icra etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi