Portuqaliyada prezident seçkiləri keçirilir

Portuqaliyada prezident seçkiləri keçirilir Portuqaliyada prezident seçkilərində səsvermə başlayıb.
Digər ölkələr
24 Yanvar , 2021 12:24
Portuqaliyada prezident seçkiləri keçirilir

Portuqaliyada prezident seçkilərində səsvermə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, səsvermə koronavirus pandemiyası və ölkədə yoluxucu vəziyyətin kəskinləşməsi fonunda keçirilir.

Seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 12:00-da) açılıb və saat 19:00-a (Bakı vaxtı ilə saat 23:00) qədər işləyəcək. Portuqaliyada 9 milyondan çox insan səsvermə hüququna malikdir. Dövlət başçısı vəzifəsinə yeddi namizəd iddialıdır. Onların arasında respublikanın hazırkı dövlət başçısı Marselo Rebelo de Souza da var.

Ölkə qanunvericiliyinə əsasən, prezident birbaşa və gizli səsvermə yolu ilə 5 il müddətinə seçilir. Hazırkı dövlət başçısı, 72 yaşlı Marselo Rebelo de Souza 2016-cı ildə prezident vəzifəsini icra etməyə başlayıb. Ölkədə seçkilərdən əvvəl keçirilən ictimai rəy sorğularına əsasən, o, siyasi marafonun favoritidir.

Əgər namizədlərdən heç biri seçkilərdə 50%-dən çox səs toplamasa, fevralın 14-də seçkilərin ikinci turu keçiriləcək.

Son xəbərlər

Orphus sistemi