Portuqaliyada iri meşə yanğını söndürülüb

Portuqaliyada iri meşə yanğını söndürülüb Bakı. 8 oktyabr. REPORT.AZ/ Portuqaliyanın Sintra və Kaşkayş bələdiyyələrində (Lissabon dairəsi) tüğyan edən meşə yanğınlarını söndürmək mümkün olub.
Digər ölkələr
8 Oktyabr , 2018 06:17
Portuqaliyada iri meşə yanğını söndürülüb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Portuqaliyanın Sintra və Kaşkayş bələdiyyələrində (Lissabon dairəsi) tüğyan edən meşə yanğınlarını söndürmək mümkün olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Yanğın şənbə günü axşam başlayıb və sürəti saatda 100 km-ə çatan güclü külək səbəbindən gecə yayılıb. Həmin ərazidə iki avtomobil yolu bağlanıb.

Yanğının söndürülməsinə 700-dən çox yanğınsöndürən, 7 amfibiya təyyarəsi, 200 ədəddən çox texnika cəlb olunub.

Həmçinin 300 nəfəri təbiət qoynunda qurulan düşərgələrdən olmaqla, 350 nəfər təxliyyə edilib. Ümumilikdə 21 nəfər xəsarət alıb. Onların arasında yanğınsöndürənlər də var.

Hadisə yerinə prezident Marselu di Soza da gəlib.

Son xəbərlər

Orphus sistemi