Portuqaliyada 150-dən çox insanda meymunçiçəyi aşkarlanıb

Portuqaliyada 150-dən çox insanda meymunçiçəyi aşkarlanıb Portuqaliya hakimiyyəti ölkədə meymun çiçəyi xəstəliyinə 153 yoluxma halı müəyyən edib.
Digər ölkələr
6 İyun , 2022 18:24
Portuqaliyada 150-dən çox insanda meymunçiçəyi aşkarlanıb

Portuqaliyada meymunçiçəyi xəstəliyinə 153 yoluxma halı müəyyən edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi respublikanın Baş Səhiyyə İdarəsi məlumat yayıb.

“Portuqaliyada daha 10 insanda yoluxma halı təsdiqlənib. Bu günə qədər isə ümumilikdə 153 yoluxma halı qeydə alınıb”, - qurumun məlumatında deyilir.

Qeyd edilir ki, ölkədə virusa yoluxanların hamısı 19-61 yaş arası kişilərdir.

Xatırladaq ki, meymunçiçəyi virusuna əsasən rütubətli tropik meşələrin yaxınlığında yerləşən Mərkəzi və Qərbi Afrikanın ucqar ərazilərində rast gəlinir.

Son xəbərlər

Orphus sistemi