Yuxarı

​Portuqaliya yəhudilərə vətəndaşlıq verən qanunu təsdiq edib

Vətəndaşlıq istəyənlərin ərizələrinə yerli yəhudi təşkilatlarında, həmçinin hökumət qurumlarında baxılacaq

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Portuqaliya hökuməti 500 il əvvəl Pireney yarımadasından qovulan yəhudilərin nəslindən olan sefardlara digər vətəndaşlıqdan imtina etmədən vətəndaşlıq hüququ verən qanun layihəsini təsdiq edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, arzu edənlərin ərizələrinə yerli yəhudi təşkilatlarında, həmçinin hökumət qurumlarında baxılacaq.

Arxivdən əldə edilən məlumata görə, 1492-ci ildə İspaniyadan qovulan təqribən 80.000 yəhudi sərhədi keçərək qonşu Portuqaliyada daldalanacaq tapıblar.

Portuqaliya kralı onlara sığınacaq verib, lakin dörd il sonra onlardan xristian dininə keçmələrini və ya ölkəni tərk etmələrini tələb edib. Daha bir neçə il sonra onların ölkədən çıxmasına qadağa qoyulub və yəhudilərin məcburi xaç suyuna salınması göstərişi verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi