Yuxarı

​Poroşenko və Putin arasında telefon danışığı olub

Ölkə prezidentləri Ukraynadakı son durumu, böhranın həlli yollarını müzakirə ediblər.

Bakı. 19 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Report"un məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, iki ölkənin prezidentləri Ukraynadakı son durumu, habelə yaranmış böhranın həlli yollarını müzakirə ediblər.

Danışıqlar zamanı ötən ay 22 il azadlıqdan məhrum edilmiş Nadejda Savçenko, həmçinin Rusiya vətəndaşları A.Aleksandrov E.Yerofeyevlə də bağlı məsələlər müzakirə edilib.

Məlumatda bildirilir ki, Ukraynanın Rostovdakı konsulu yaxın günlərdə Nadejda Savçenko ilə görüşəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi