Bakı. 9 dekabr. REOPORT.AZ/ Ukraynanın prezidenti Pyotr Poroşenko milyarder Yuri Kosyuku özünün müşaviri təyin edib. "Report" "İTAR-TASS"-a istinadən xəbər verir ki, bu barədə Poroşenko "Twitter" səhifəsində yazıb.
Y.Kosyuk "Mironov un məhsulları" aqroholdinqin sahibidir.
"Yuri Kosyuku Ukrayna prezident administrasiyası başçısının birinci müavini vəzifəsindən azad edərək, onun müşavir təyin edilməsi haqda fərman imzaladım", - Poroşenko "Twitter" səhifəsində qeyd edib.
Yuri Kosyuk 1968-ci ildə anadan olub.1998-ci ildə "Mironov un məhsulları" holdinqini qurub. Şirkətin əsas işi quşçuluq və taxıl istehsal etməkdir.
"Forbes" jurnalının Ukrayna üzrə reytinq siyahısında Yuri Kosyuk 1,3 milyard dollar sərvətlə ilk onluqdadır.