Poroşenko: İngilis dili Ukraynada ikinci dövlət dili olmalıdır

Poroşenko: İngilis dili Ukraynada ikinci dövlət dili olmalıdır "Bu addım Ukraynanın qloballaşan dünyaya uyğunlaşmasına töhfə verə bilər"
Digər ölkələr
15 Oktyabr , 2015 23:58
Poroşenko: İngilis dili Ukraynada ikinci dövlət dili olmalıdır

Bakı. 15 oktyabr. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko hesab edir ki, onun ölkəsində rəsmi səviyyədə qəbul olunan ikinci dil məhz ingilis dili olmalıdır.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Poroşenko bildirib ki, ingilis dilini bilən mütəxəssislərə işə qəbul prosesində üstünlük verilməlidir.

"Məncə, ölkəmizdə ikinci dilin tətbiqi artıq zərurətdir və bu, məhz ingilis dili olmalıdır", - deyən Poroşenko, sözü qedən qərarın "Ukraynanın qloballaşmasına" da tövhə verə biləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi