ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin iyuldakı telefon danışığının məzmunu ciddi məxfi xarakter daşıyır. Buna görə Dövlət Departamenti onun stenoqramını dərc etməyəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo
"Siz bilirsiniz ki, biz (Dövlət Departamenti-red) son dərəcə nadir hallarda stenoqramın mətnini açıqlayırıq. Dünya liderlərinin danışıqları məxfi xarakteri daşıyır. Hansısa ekstremal şəraitdən başqa belə (mətni açıqlamaq -red) hərəkət etmək yersizdir", - deyə xarici siyasət idarəsinin başçısı qeyd edib.
Onun nöqteyi-nəzərincə, Tramp və Zelenskinin telefon danışığı bu kateqoriyaya aid deyil.