Pompeo senatorlarla ABŞ və Rusiya arasındakı problemləri müzakirə edəcək

Pompeo senatorlarla ABŞ və Rusiya arasındakı problemləri müzakirə edəcək Bakı. 18 iyul. REPORT.AZ/ Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo senatorlarla ABŞ və Rusiya arasındakı problemləri müzakirə edəcək.
Digər ölkələr
18 İyul , 2018 00:14
Pompeo senatorlarla ABŞ və Rusiya arasındakı problemləri müzakirə edəcək

Bakı. 18 iyul. REPORT.AZ/ Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo senatorlarla ABŞ və Rusiya arasındakı problemləri müzakirə edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlət katibi gələn həftə ABŞ Senatının Xarici Məsələlər üzrə Komitəsinin üzvləri qarşısında çıxış edəcək. Komitənin sədri Robert Korker onun çıxışının konkret vaxtını açıqlamayıb. 

Amerika diplomatiyasının rəhbəri əsasən Senatda Rusiya və ABŞ arasındakı problemləri müzakirə edəcək. Onun bu çıxışının ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasındakı görüşdən sonra baş tutduğundan Pompeonun dövlət başçılarının görüşü barədə də danışacağı istisna edilmir. 

Son xəbərlər

Orphus sistemi