Pompeo Kim Çen Inla danışıqlar aparmaq üçün Pxenyana gedib

Pompeo Kim Çen Inla danışıqlar aparmaq üçün Pxenyana gedib Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo bazar günü səhər KXDR lideri Kim Çen Inla danışıqlar aparmaq üçün Tokiodan Pxenyana uçub.
Digər ölkələr
7 Oktyabr , 2018 05:55
Pompeo Kim Çen Inla danışıqlar aparmaq üçün Pxenyana gedib

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo bazar günü səhər KXDR lideri Kim Çen Inla danışıqlar aparmaq üçün Tokiodan Pxenyana uçub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Şənbə günü Pompeo Yaponiyanın baş naziri Sindzo Abe və ölkənin xarici işlər naziri Taro Kono ilə danışıqlar aparıb. Tərəflər KXDR-in nüvəsizləşdirilməsinə nail olmaqda qətiyyətliliklərini bir daha təsdiq ediblər və Pompeo Pxenyanda aparılması gözlənilən danışıqlarda Şimali Koreya kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşları mövzusuna toxunacağına dair vəd verib.

Son xəbərlər

Orphus sistemi