Pompeo İran hökumətini mafiya ilə müqayisə edib

Pompeo İran hökumətini mafiya ilə müqayisə edib Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo İranı növbəti dəfə tənqid edib.
Digər ölkələr
23 İyul , 2018 06:30
Pompeo İran hökumətini mafiya ilə müqayisə edib

Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeo İranı növbəti dəfə tənqid edib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilir ki, Pompeo İran rəhbərliyini korrupsiyada və insan haqlarını pozmaqda ittiham edib.

"Korrupsiyanın səviyyəsi və dini liderlərin var-dövləti göstərir ki, İrana adi hökumət yox, daha çox mafiyaya bənzəyənlər rəhbərlik edir", - deyə o, Kaliforniyadakı Ronald Reyqan Fonundakı çıxışında deyib.

Bildirilir ki, Pompeonun çıxışı İranda islam inqilabının 40-ci ildönümünə həsr olunub.

Son xəbərlər

Orphus sistemi