Polşanın 40-a yaxın şəhərində hökumət əleyhinə etirazlar baş qaldırıb

Polşanın 40-a yaxın şəhərində hökumət əleyhinə etirazlar baş qaldırıb Etiraz aksiyaları ölkə hüdudlarından kənarda da keçirilib
Digər ölkələr
24 Yanvar , 2016 02:24
Polşanın 40-a yaxın şəhərində hökumət əleyhinə etirazlar baş qaldırıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Polşanın 36 şəhərinin sakinləri hakim “Hüquq və ədalət” partiyasının apardığı islahatlara qarşı təşkil olunan hökumət əleyhinə kütləvi mitinqlərin iştirakçısı olublar.

“Report” xəbər verir ki, bu barədə SBS-nin məlumatında bildirilir.

Etirazlar “Sənin azadlığının müdafiəsi üçün” şüarı altında keçirilib. Aksiyalar təkcə Polşa ərazisində deyil, həm də onun hüdudlarından kənarda baş tutub. Polşalılar Brüssel, London, Paris, Berlin və daha yeddi xarici şəhərdə mitinqlər çərçivəsində küçələrə çıxıblar.

Fəalların məqsədi hakim partiyanın Konstitusiya Məhkəməsinin işi, KİV, həmçinin “təqib haqqında qanun”la bağlı islahatlara narazılıqlarını bildirmək olub.

Aksiyalar dinc xarakter daşıyıb.

Son xəbərlər

Orphus sistemi