Polşada hərbi bazada atışma olub, bir nəfər ölüb

Polşada hərbi bazada atışma olub, bir nəfər ölüb Mühafizəçinin tapançası müsadirə olunub
Digər ölkələr
30 Noyabr , 2017 17:36
Polşada hərbi bazada atışma olub, bir nəfər ölüb
Fotolia / Vesta48

Bakı. 30 noyabr. REPORT.AZ/ Polşada hərbi bazada baş verən atışma nəticəsində bir nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, mühafizə şirkəti əməkdaşlarından biri növbəni təhvil verərəkən başqa bir mühafizəçi istiqamətində atəş açıb. 

Hadisə yerində hərbi polis əməkdaşları araşdırma aparır. Mühafizəçinin tapançası müsadirə olunub. Onun silah gəzdirməyə icazəsi olub-olmadığı araşdırılır.

Son xəbərlər

Orphus sistemi