Polşada dövlət idarəsini partlatmaq istəyən şəxs həbs edilib

Polşada dövlət idarəsini partlatmaq istəyən şəxs həbs edilib “Polşada üzərində partlayıcı şəhid kəməri ilə dövlət müəssisəsini partlatmaq istəyən radikal islamçı saxlanılıb”.
Digər ölkələr
14 İyul , 2023 11:59
Polşada dövlət idarəsini partlatmaq istəyən şəxs həbs edilib

“Polşa xüsusi xidmət orqanları əməkdaşları üzərində yerləşdirdiyi partlayıcı şəhid kəməri ilə dövlət müəssisəsini partlatmaq istəyən şəxsi saxlayıb”.

“Report” xəbər verir ki, bunu "Moskovski komsomolets" nəşri RAR agentliyinə istinadən yayıb. Polşa daxili təhlükəsizlik Agentliyinin yaydığı məlumatda bildirilir ki, 18 yaşlı islamçı "İslam Dövləti” terror qruplaşmasının nümayəndələri ilə sıx əlaqədə olub və fəaliyyətini onlarla koordinə edib. Qurumun yaydığı məlumata görə, etnik polyak ötən ilin sonunda radikal islamçıya çevrilib.

Yeniyetmə iyunun 16-da ölkə ərazisində xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Məhkəmə 18 yaşlı barəsində üç aylıq həbs qərarı çıxarıb. Əgər günahı sübuta yetirilsə, o zaman onu 10 il müddətinə həbs gözləyə bilər.

Son xəbərlər

Orphus sistemi