Polşa XİN: “Belarusla sərhəddən keçən nəqliyyatın hərəkətini dayandırmağa hazırıq”
Digər ölkələr
- 21 fevral, 2023
- 08:14
“Polşa Belarusla sərhəddən keçən nəqliyyatın hərəkətini tamamilə dayandırmağa hazırdır”.
"Report" xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski Polşa radiosunun efirində bildirib.
“Əgər belə bir ehtiyac varsa və bu, xüsusən də təhlükəsizlik məsələləri ilə bağlı olarsa, buna mütləq hazırıq. Amma bu məsələni hadisələrin gedişatı nəzərə alınaraq təhlil edəcəyik”, - o deyib.
Xatırladaq ki, daha əvvəl məlumat verilmişdi ki, Varşava çərşənbə axşamı saat 19:00-dan etibarən Polşa-Belarus sərhədində fəaliyyət göstərən sonuncu keçid məntəqəsində - Kukurıki-Kozloviçidə yük maşınlarının hərəkətini dayandıracaq. Ötən həftə isə Polşa hakimiyyətinin təşəbbüsü ilə Polşa-Belarus keçid məntəqəsi olan Bobrovniki bağlanıb.
Son xəbərlər
23:37
Çexiyanın Baş naziri üzündən əməliyyat olunub
Digər ölkələr23:36
Rumıniyada hoteldə hovuzun tavanı çöküb, yeddi nəfər xəsarət alıb
Digər ölkələr23:15
Türkiyədə radarlardan itən təyyarədə Liviya Baş Qərargah rəisi ilə yanaşı 4 sərnişin olub - YENİLƏNİB
Digər22:50
Foto
Padel tennisi üzrə ilk Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Fərdi22:46
Kamikadze dronları ilə müharibədə qalib gəlməyin yolu açıqlanıb
Digər ölkələr22:21
Foto
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" və "Abşeron Lions" qələbə qazanıb
Komanda22:20
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Maliyyə22:08
Slovakiya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
Xarici siyasət22:03