Polşa Ukraynaya 260 ədəd T-72 tankı göndərib
Digər ölkələr
- 17 yanvar, 2023
- 10:08
Polşa Ukraynaya müxtəlif modifikasiyalı 260 T-72 tankı təhvil verib.
“Report” “Ukrinform”a istinadən bildirir ki, bunu Polşa Prezidenti Anjey Duda Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən “Avropanın müdafiəsində” adlı paneldə çıxışı zamanı deyib.
O, Kiyevə hərbi yardımın Ukraynanın şərqindəki çətin vəziyyətin həllində əsas element olduğunu vurğulayıb: “Ukraynanın müdafiəçilərinə çoxlu sayda ən müasir silahlar göndərməyə davam etsək, ukraynalılar Rusiyanı dayandıra biləcəklər”.
A.Duda söyləyib ki, Ukraynaya daha çox hərbi yardım göstəriləcək: “Varşava Kiyevə əhəmiyyətli hərbi yardım edir".
Qeyd edək ki, bir müddət əvvəl Polşa hökuməti Ukraynaya “Leopard 2” tanklarının göndərilməsi barədə qərar qəbul edib.
Son xəbərlər
15:51
ABŞ-də təyyarə qəzası baş verib, ölənlər var
Digər ölkələr15:50
"ASAN AI Hub" ilk çağırışlar üzə qalibləri müəyyən edib
Daxili siyasət15:46
Azərbaycanın qələbəsi dünyada hazırkı müharibələrdən fərqli olaraq strateji planlaşdırmanın nümunəsidir - RƏY
Xarici siyasət15:39
ABŞ və İsrailin hərbi əməliyyatı başlayandan bəri İranda 3 mindən çox insan ölüb
Digər ölkələr15:39
"Xalq Sığorta" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə15:38
Agentlik: Tovuzda ailənin imtina etdiyi 3 uşaqla bağlı tədbirlər görüləcək - YENİLƏNİB
Hadisə15:37
PFL I Liqada "Ayın qolu"nun müəllifini mükafatlandırıb
Futbol15:26
Foto
Türkiyənin daxili işlər naziri Bakının təhlükəsizliyini və inkişafını yüksək qiymətləndirib
Xarici siyasət15:26