Polşa qanunsuz miqrantlara görə Belarusla sərhədlərini bağlaya bilər

Polşa qanunsuz miqrantlara görə Belarusla sərhədlərini bağlaya bilər “Polşa miqrasiya böhranı səbəbindən Belarusla sərhədin bağlanacağını istisna etmir”.
Digər ölkələr
21 Noyabr , 2021 13:04
Polşa qanunsuz miqrantlara görə Belarusla sərhədlərini bağlaya bilər

“Polşa miqrasiya böhranı səbəbindən Belarusla sərhədin bağlanacağını istisna etmir”.

“Report” xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moraveskiy Tallinndə Estoniyanın baş naziri Kaya Kallas ilə görüşdən sonra bildirib.

“Biz getdikcə daha ciddi iqtisadi sanksiyalar xarakteri daşıyan addımlar, o cümlədən Polşa tərəfindən Polşa-Belarus sərhədinin bağlanması haqqında düşünürük”, – Moraveskiy deyib.

Hazırda Polşa yalnız bir “Kuznitsa” avtomobil keçid məntəqəsini bağlayıb.

Son xəbərlər

Orphus sistemi