Polşa prezidenti: “NATO-nun şərq cinahında hərbi bazalar yerləşdirilməlidir”

Polşa prezidenti: “NATO-nun şərq cinahında hərbi bazalar yerləşdirilməlidir” “Bizə dost olan silahlı qüvvələr NATO-nun real sərhədinin keçdiyi yerdə olmalıdır"
Digər ölkələr
24 Avqust , 2015 08:20
Polşa prezidenti: “NATO-nun şərq cinahında hərbi bazalar yerləşdirilməlidir”

Bakı. 24 avqust. REPORT.AZ/ Estoniyaya səfərə gələn Polşa prezidenti Anjey Duda Şərqi Avropada NATO bazalarının yerləşdirilməsinin vacib olduğunu hesab edir.

“Bizə dost olan silahlı qüvvələr NATO-nun real sərhədinin keçdiyi yerdə olmalıdır. Bu, mənim təklifimdir. Bizim müttəfiqlərimiz onu nəzərdən keçirməlidir” - qeyd edib Polşanın prezidenti.

"Report"-un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, Dudanın bu təklifini Estoniya prezidenti Tomas Xendrik İlves dəstəkləyib. 

Son xəbərlər

Orphus sistemi