Yuxarı

​Polşa prezidenti: "Biz Ukraynaya silah göndərmək üçün danışıqlara açığıq"

NATO-nun Nyuportdakı sammitinin qərarlarının icrasını dəstəkləyirik

Bakı. 17 dekabr. REPORT.AZ/ "Polşa Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsində iştirak etmək niyyətindədir və bu ölkəyə silah göndərmək üçün açıqdır".

"Report" "TASS"a istinadən xəbər verir ki, bunu Polşa prezidenti Bronislav Komorovski ukraynalı həmkarı Pyotr Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

"Polşa Ukraynanın ərazi bütövlüyünü təcavüzkardan qorumaq haqqını tanıdığı kimi, müdafiə qabiliyyətini gücləndirməyın vacibliyini də anlayır. Ona görə də Polşa NATO-nun Nyuportdakı sammitinin qərarlarının icrasını dəstəkləyir", - B.Komorovski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Polşadan silah almağa maraq göstərsə, Polşa bu məsələnin həllinə açıqdır: "Bundan başqa, Polşa Ukraynanın silahlı qüvvələrində islahatlara və ölkənin müdafiə sisteminin güclənməsinə yardım etmək istəyir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi