Polşa öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyə hazırdır

Digər ölkələr
  • 30 iyun, 2023
  • 14:07
Polşa öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyə hazırdır

Polşa öz ərazisində ABŞ-ın nüvə silahını yerləşdirməyə hazırdır.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moraveçki bildirib.

Rusiyanın Belarusda nüvə silahı yerləşdirmək istəyinə cavab olaraq Moraveçki deyib ki, ölkəsi NATO-nun nüvə silahının birgə istifadəsi proqramında iştirak etmək niyyətindədir.