KİV: Polşa Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi klubdakı şənlikdən sonra vəzifəsindən qovulub

KİV: Polşa Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi klubdakı şənlikdən sonra vəzifəsindən qovulub KİV onun kluba getmək üçün qurumun avtomobilindən yararlandığını iddia edib
Digər ölkələr
6 Fevral , 2017 15:39
KİV: Polşa Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi klubdakı şənlikdən sonra vəzifəsindən qovulub

Bakı. 6 fevral. REPORT.AZ/ Polşa Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Bartlomey Mişeviç vəzifəsindən qovulub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, daha əvvəl hərəkətlərinə görə KİV və müxalifət tərəfdən kəskin tənqidə məruz qalan B.Mişeviçin istefaya göndərilməsi barədə məlumatı Polşanın RMF radiostansiyası və "Rzeczpospolita" qəzeti yayıb.

Polşanın "Novoçesna" müxalifət partiyasının deputatı Kjiştof Truskolaski prokurorluğa B.Mişeviçin cinayət törətməkdə şübhəli bilinməsi iddiası ilə müraciət edib. İddiada K.Truskolaski Belostokda klubların birini ziyarət edərkən səlahiyyətlərini aşdığı göstərilib.

Ümumiyyətlə, klubdakı şənlik "Fakt" qəzetinin B.Mişeviçin orada olması ilə bağlı xəbər yaymasından sonra geniş marağa səbəb olub. Onun kluba getmək məqsədilə qurumun avtomobilindən istifadə etdiyi, məkanda isə onu təhlükəsizlik xidmətinin əməkdaşının müşayiət etməsi iddia olunub. Qəzetin məlumatına görə, klubda B.Mişeviç hamını içkiyə qonaq edib, tələbələrlə tanış olub, aparıcıdan klubda olmasını elan etməsini istəyib, öz rəhbəri, müdafiə naziri Antoni Maçereviç ilə bağlı müzakirə aparıb və bəzilərinə qurumda iş təklif edib.

Polşa Müdafiə Nazirliyi qurumun rəsmi nümayəndəsinin işdən qovulduğunu təsdiqləməyib və hazırda onun məzuniyyətdə olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi