Polşa hakimiyyəti Ukraynanın taxıl idxalı ilə bağlı mövqeyindən narazıdır

Polşa hakimiyyəti Ukraynanın taxıl idxalı ilə bağlı mövqeyindən narazıdır Polşanın kənd təsərrüfatı naziri Robert Telyus Ukraynanın aqrar siyasət naziri Mikola Solskinin Kiyevin kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı aradan qaldırmaq çağırışından narazılığını bildirib.
Digər ölkələr
5 İyun , 2023 07:14
Polşa hakimiyyəti Ukraynanın taxıl idxalı ilə bağlı mövqeyindən narazıdır

Polşanın kənd təsərrüfatı naziri Robert Telyus Ukraynanın aqrar siyasət naziri Mikola Solskinin Kiyevin kənd təsərrüfatı məhsullarının idxalına qoyulan qadağanı aradan qaldırmaq çağırışından narazılığını bildirib.

Bu barədə “Report” yerli “RMF24” radiostansiyasına istinadən xəbər verir.

Onun sözlərinə görə, Kiyev Ukraynanın taxıl idxalı məsələsində Varşavanın mövqeyini başa düşmür.

“Mən şübhələnirəm ki, Ukraynada müəyyən qüvvələr var ki, bu cür hərəkətlərə qərar verirlər və ukraynalılara zərər verirlər. Ukrayna ilə Polşa arasında gərginliyin artması Rusiyanın maraqlarına xidmət edir, ona görə də bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. Mən Ukraynanın kənd təsərrüfatı naziri ilə görüşmək istəyirəm”.

Son xəbərlər

Orphus sistemi