Polşa Belarusla sərhədə əlavə 1,5 min sərhədçi cəlb edəcək
Digər ölkələr
- 23 mart, 2025
- 17:50
Polşa Belarusla sərhədi möhkəmləndirmək üçün müəyyən ərazilərə əlavə sərhədçilər cəlb edəcək.
“Report”un məlumatına görə, bu barədə daxili işlər naziri Tomaş Siemonyak “X”dəki səhifəsində yazıb.
“Biz Polşa-Belarus sərhədini qoruyuruq. Fiziki hasarın möhkəmləndirilməsindən və elektron maneəni genişləndirdikdən, bufer zonası təşkil etdikdən və qanunsuz konduktorlarla amansızcasına mübarizə apardıqdan sonra, biz tezliklə yeni sərhəd xəttinin tikintisinə başlayacağıq”, - nazir bildirib.
Onun sözlərinə görə, bu il 500 işçi, sonra isə daha 1000 nəfər işə götürüləcək.
Nazir əlavə edib ki, hazırda Polşanın şərq sərhədində ümumilikdə 11 min sərhəd mühafizəsi əməkdaşı, Polşa ordusunun hərbçiləri və polis əməkdaşları xidmət edir.
Son xəbərlər
21:50
Əraqçi BMT-ni ABŞ-nin sanksiya təhdidlərini pisləməyə çağırıb
Region21:41
İran ABŞ ilə razılaşma barədə Mərkəzi Asiya ölkələri ilə məsləhətləşmələr aparır
Region21:29
Sabah Cəlilabadın 12 yaşayış məntəqəsində işıq olmayacaq
Energetika21:15
Foto
Qazaxıstan və Sinqapur Orta Dəhliz çərçivəsində əməkdaşlıq edəcək
Region21:02
Azərbaycan XİN Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib
Xarici siyasət21:01
"Sabah" basketbol komandası Litvada ilk yoxlama oyununu keçirib
Komanda20:56
Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur20:44
ABŞ İtaliyanın ultra solçu qrupuna qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr20:30