Avropa İnsan Hüquqları Məhkəməsi Polşanı bu ölkədə Ali Məhkəmənin İntizam Palatasının fəaliyyətinin dayandırılması ilə bağlı qərarını yerinə yetirməməsinə görə cərimələyib. Cərimənin ümumi məbləği 160 milyon avronu keçib və bu məbləğin 100 milyonu artıq tutulub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Belçikanın RTL telekanalına müsahibəsində ədliyyə məsələləri üzrə avrokomissar Didye Reynders bildirib.
“Polşa məhkəmənin qərarına tabe olmadığı üçün gündəlik 1 milyon avro cərimə olunur”, - o deyib.
Xatırladaq ki, Polşada İntizam Palatası 2017-ci ildə Hüquq və Ədalət Partiyasının təşəbbüsü ilə yaradılıb. Amma bu strukturun yaranması Avropa İttifaqını narahat edir. Səbəb hakimlərin müstəqilliyi prinsipinin mümkün pozulmasıdır.