Polşa Donbasda vəziyyətin gərginləşməsi fonunda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının növbədənkənar iclasını çağırır.
“Report” “UNIAN”a istinadən xəbər verir ki, bu barədə Polşanın ATƏT-dəki daimi nümayəndəsi Adam Halaçinski tvitter səhifəsində bildirib.
“Ukraynanın ATƏT-dəki nümayəndəliyinin xahişi ilə mən ATƏT Daimi Şurasının növbədənkənar iclasını çağıracağam”, - Polşa rəsmisi qeyd edib.