Polşa ABŞ-dan 250 ədəd "Abrams" tankı alacaq

Polşa ABŞ-dan 250 ədəd "Abrams" tankı alacaq Polşa ABŞ ilə "M1A2 Abrams" əsas döyüş tankı üçün müqavilə imzalayıb.
Digər ölkələr
19 Fevral , 2022 05:39
Polşa ABŞ-dan 250 ədəd Abrams tankı alacaq

Polşa ABŞ ilə "M1A2 Abrams" əsas döyüş tankı üçün müqavilə imzalayıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, sözügedən razılaşma ilə Polşa ABŞ-dan 250 ədəd tank alacaq.

Polşanın müdafiə naziri Mariuş Blaşçak qərarın ölkəsinin təhlükəsizliyi üçün çox əhəmiyyətli olduğunu və müdafiə qabiliyyətini gücləndirəcəyini bildirib.

Qeyd edək ki, Varşava ABŞ-a 250 məsafədən atəş sistemi, 26 texniki təhlükəsizlik maşını, 276 M2 pulemyot və 500 M240C pulemyotu almaq üçün müraciət edib. ABŞ Polşanın müraciətinə müsbət cavab verib.

Müqavilənin dəyərinin 6 milyard dollar olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi