Amerikalı politoloq: Kanaklara qarşı qəddarlıq fransız müstəmləkəçiliyinin yeni simasıdır

Amerikalı politoloq: Kanaklara qarşı qəddarlıq fransız müstəmləkəçiliyinin yeni simasıdır Fransa hakimiyyətinin azadlıq uğrunda mübarizə aparan Yeni Kaledoniyadakı kanak xalqına qarşı amansızlığı fransız müstəmləkəçiliyinin yeni simasıdır.
Digər ölkələr
22 May , 2024 16:09
Amerikalı politoloq: Kanaklara qarşı qəddarlıq fransız müstəmləkəçiliyinin yeni simasıdır

Fransa hakimiyyətinin azadlıq uğrunda mübarizə aparan Yeni Kaledoniyadakı kanak xalqına qarşı amansızlığı müstəmləkəçiliyin yeni simasıdır.

Bunu "Report"a açıqlamasında amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib.

Ekspertin fikrincə, Fransa hökuməti insan hüquqlarını pozur və Yeni Kaledoniyanın gələcək iqtisadi inkişafına mane olur: “İğtişaşların və xüsusi mülkiyyətin məhv edilməsinin iqtisadi nəticələri əhəmiyyətlidir. Paris yenidən müstəmləkəçiliyin beşiyinə çevrilmiş kimi görünür”.

Politoloq vurğulayıb ki, yerli əhalinin etirazına səbəb Fransanın Yeni Kaledoniya Konstitusiyasını dəyişdirmək cəhdidir: “Kanaklar Parisin qondarma konstitusiya islahatından qəzəblənir. Yerli sakinlər haqlı olaraq konstitusiya dəyişikliklərinin kanak icmasının mövqeyini zəiflədəcəyindən narahatdırlar”.

Son xəbərlər

Orphus sistemi