​Partlayış təhlükəsi səbəbindən Aİ-nin hökumət binaları təxliyə edilib

​Partlayış təhlükəsi səbəbindən Aİ-nin hökumət binaları təxliyə edilib Kompleksin dayanacağındakı avtomobil narahatlıq yaradıb
Digər ölkələr
10 İyun , 2015 04:49
​Partlayış təhlükəsi səbəbindən Aİ-nin hökumət binaları təxliyə edilib

Bakı. 10 İyun. REPORT.AZ/ Avropa İttifaqı Şurası və Avropa Şurasının Brüsseldəki binaları partlayış təhlükəsi səbəbindən təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə "Le Soir" nəşrinin jurnalisti Yurek Kuçkeviç öz Twitter səhifəsində yazıb.

Narahatçılığa kompleksin dayanacağındakı avtomobil səbəb olub.

Hadisə ilə əlaqədar avtomobillərin hərəkəti də dayandırılıb. Hazırda hərəkət bərpa olunub.

İlkin məlumatlara görə, faktla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Son xəbərlər

Orphus sistemi