Polis Bukenqem sarayına girmək istəyən şəxsi saxlayıb

Polis Bukenqem sarayına girmək istəyən şəxsi saxlayıb London polisi çərşənbə gününə keçən gecə Bukenqem sarayının hasarından keçərək iqamətgahın içərisinə daxil olmağa cəhd edən şəxsi saxlayıb.
Digər ölkələr
11 İyul , 2019 03:20
Polis Bukenqem sarayına girmək istəyən şəxsi saxlayıb

London polisi çərşənbə gününə keçən gecə Bukenqem sarayının hasarından keçərək iqamətgahın içərisinə daxil olmağa cəhd edən şəxsi saxlayıb.

Report “Evening Standard”a istinadən xəbər verir ki, asayiş keşikçiləri hadisəni terror cəhdi hesab etmir. Qeyd olunub ki, saxlanılan şəxsin üzərində heç bir silah aşkar edilməyib və qanunu pozan şəxs Londonun mərkəzi hissəsində yerləşən polis məntəqəsində saxlanılır.

Bukenqem sarayındakı mənbə “The Sun” nəşrinə bildirib ki, adı açıqlanmayan şəxs iqamətgaha daxil olmaq istəyərkən Kraliça II Yelizaveta sarayda olub və yatırmış. Nəşrin məlumatına görə, gənc binanın ətrafında bir neçə dəqiqə gəzib və bağlı qapıları döyərkən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi