İraqın şimalında PKK terrorçularının obyekti məhv edilib

İraqın şimalında PKK terrorçularının obyekti məhv edilib Terroçular antiterror əməliyyatlarının gedişi zamanı, Hakkari vilayətinin Çukurca rayonunda aşkar edilib
Digər ölkələr
2 İyul , 2017 08:20
İraqın şimalında PKK terrorçularının obyekti məhv edilib
Foto: "Anadolu"

Bakı. 2 iyul. REPORT.AZ/ Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı Ora rayonunda gizlənən 4 üzvünü məhv edib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" xəbər verib.

Terroçular antiterror əməliyyatlarının gedişi zamanı, Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda aşkar edilib. Türkiyənin hərbi qulluqçuları pilotsuz uçuş aparatlarından istifadə edərək terrorçuların sərhədyanı Ora rayonunda toplaşmalarını müəyyən edib.

Zərbələr zamanı terrorçuların sığınacağı da məhv edilib.

Son xəbərlər

Orphus sistemi