Marselin baş prokuroru: "Pilot qəzanı qəsdən törədib"

Marselin baş prokuroru: "Pilot qəzanı qəsdən törədib" Təyyarənin tapılan "qara qutu"sunun nəticələri ilə bağlı mətbuat konfransı keçirilib
Digər ölkələr
26 Mart , 2015 16:49
Marselin baş prokuroru: Pilot qəzanı qəsdən törədib

Bakı. 26 mart. REPORT.AZ/ "Germanwings" şirkətinə məxsus "Airbus A 320" təyyarəsinin pilotu qəzanı bilərəkdən törədib. "Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Fransanın Marsel şəhərinin baş prokuroru Brays Robin qəzadan sonra tapılan "qara qutu"nun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Hadisədən əvvəlki son 30 dəqiqəyə aid "qara qutu"da qeyd edilən səs yazılarınə qulaq asdıqlarını deyən Robin əlavə edib ki, qeydə alınan ilk 20 dəqiqədə bütün çıxışlar normal olub. Qeydlərin 20-ci dəqiqəsindən sonra pilotlardan birinin oranı tərk etdiyi başa düşülür. Baş prokuror həmçinin vurğulayıb ki, daha sonra təyyarəni idarə edən pilot təyyarəni qəsdən aşağı endirib. O, eyni zamanda pilotun qəzanın son anına qədər nəfəs aldığını da deyib.

B. Robin onu da əlavə edib ki, qəzanın terroristlər tərəfindən edildiyi iddialarını sübuta yetirəcək heç bir fakta rast gəlinməyib.

Qeyd edək ki, qəza nəticəsində təyyarədə olan 142 sərnişin, 6 heyət üzvü ölüb.

Son xəbərlər

Orphus sistemi