“Pfizer” və “BioNTech” şirkətləri öz vaksinlərinin koronavirusun ilk dəfə Britaniyada aşkarlanan yeni növünə qarşı effektivliyini yoxlayacaqlar.
“Report” xəbər verir ki, bu barədə “Bild” nəşrinə müsahibəsində “BioNTech”in rəhbəri Uğur Şahin bildirib.
Şirkət rəhbərinin fikrincə, vaksin mutasiyaya məruz qalmış virusa qarşı mübarizədə effektiv olacaq.
"Bu, ən yaxın həftələrdə yoxlanılacaq", - Şahin deyib.
Daha əvvəl bəzi ölkələr Britaniyada aşkar edilmiş koronavirusun yeni ştammı təhlükəsinə görə birləşmiş krallıqla hava əlaqəsini dayandırmaları barədə bildiriblər.
Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş, indiki COVID-19-dan sürətlə yayılan koronavirus aşkarlayıblar.