“Pfizer” ABŞ rəhbərliyinə peyvənd istehsalının çətinlikləri barədə bildirib

“Pfizer” ABŞ rəhbərliyinə peyvənd istehsalının çətinlikləri barədə bildirib ABŞ-ın “Pfizer” şirkəti ölkə hakimiyyətinə koronavirus peyvəndinin istehsalı zamanı qarşılaşa biləcəyi çətinliklər barədə məlumat verib.
Digər ölkələr
17 Dekabr , 2020 02:31
“Pfizer” ABŞ rəhbərliyinə peyvənd istehsalının çətinlikləri barədə bildirib

ABŞ-ın “Pfizer” şirkəti ölkə hakimiyyətinə koronavirus peyvəndinin istehsalı zamanı qarşılaşa biləcəyi çətinliklər barədə məlumat verib.

“Report”un məlumatına görə, bu barədə ABŞ-ın Səhiyyə və sosial xidmətlər naziri Aleks Azar keçirdiyi brifinqdə bildirib.

"Bu yaxınlarda onlar bizə nəhayət istehsalda yarana biləcək müxtəlif çətinliklər haqqında bildirdilər", - Azar deyib.

O, bunun təfərrüatlarını açıqlamayıb, ancaq qeyd edib ki, ABŞ hakimiyyəti şirkəti öz müqaviləsinin öhdəliklərini yerinə yetirə bilməsi üçün təmin edəcək.

Bu halda ABŞ-ın Səhiyyə Nazirliyinin başçısı təsdiq edib ki, Vaşinqton administrasiyası preparatın əlavə dozalarının alınması haqqında “Pfizer”lə danışıqlar aparır. "Biz satınalma məsələləri üzrə aktiv danışıqlar aparırıq. Əsas məsələ “Pfizer”in (məhsulları-red) müəyyən tarixə qədər istehsal etmə qabiliyyətidir. Və indi bəzi əməliyyat çətinlikləri müəyyən etdikləri üçün hər hansı bir yardım göstərmək üçün onlarla işləyirik", - nazir deyib.

Son xəbərlər

Orphus sistemi