Peter Siyarto: Şərq-Qərb əməkdaşlığı olmadan BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq mümkün deyil

Peter Siyarto: Şərq-Qərb əməkdaşlığı olmadan BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq mümkün deyil Macarıstanın xarici işlər naziri Peter Siyarto Şərq-Qərb sivil əməkdaşlığı olmadan BMT-nin dayanıqlı inkişaf məqsədlərinə (DİM) və ətraf-mühitin mühafizəsinə nail olmağın mümkün olmadığını vurğulayıb.
Digər ölkələr
17 İyul , 2024 10:55
Peter Siyarto: Şərq-Qərb əməkdaşlığı olmadan BMT-nin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq mümkün deyil

Macarıstanın xarici işlər naziri Peter Siyarto Şərq-Qərb əməkdaşlığı olmadan BMT-nin dayanıqlı inkişaf məqsədlərinə (DİM) və ətraf-mühitin mühafizəsinə nail olmağın mümkünsüzlüyünü bildirib.

"Report" xəbər verir ki, bu barədə Peter Siyarto Nyu-Yorkda BMT-nin yüksək səviyyəli davamlı inkişaf forumunda çıxışı zamanı deyib.

Macarıstan XİN başçısı soyuq müharibə şəraitində sözügedən məqsədlərə nail olmaq ehtimalının mümkünsüzlüyünə diqqət çəkib:

"Dünyanın əsas siyasi oyunçuları danışmasa və diplomatik kanalları qırsa, mühüm qlobal məsələlərdə nəticə əldə edə bilməyəcəyik. Planetin gələcəyini qorumaq üçün əməkdaşlığa ciddi ehtiyac var".

Nazir Macarıstanın rolunu vurğulayaraq qeyd edib ki, Paks nüvə stansiyasının genişləndirilməsi, nüvə enerjisinin ideoloji hücumlara baxmayaraq, böyük həcmdə etibarlı və dayanıqlı elektrik enerjisi istehsal etmək potensialının sübutudur.

"Layihə Rusiya, Amerika, Almaniya və Fransanın əməkdaşlığını əhatə edir və bu, məntiqə söykənən beynəlxalq əməkdaşlığın mümkün olduğunu göstərir", - P.Siyarto əlavə edib.

Xarici İşlər Naziri belə bir əməkdaşlıq olmadan BMT-nin qarşıya qoyduğu iddialı ətraf-mühit və dayanıqlılıq hədəflərinin əlçatmaz qalacağını, praqmatik və sivil beynəlxalq münasibətlərə ehtiyac olduğunu söyləyib.

Son xəbərlər

Orphus sistemi