Peter Mixalko: Aİ proqramları Azərbaycan gəncləri üçün geniş seçim imkanı yaradıb

Peter Mixalko: Aİ proqramları Azərbaycan gəncləri üçün geniş seçim imkanı yaradıb Avropa İttifaqı (Aİ) nümayəndəliyi iyunun 13-də “Doğru Bacarıqları əldə et” kampaniyası çərçivəsində bir sıra seminarların sonuncusunu təşkil edib.
Digər ölkələr
13 İyun , 2024 16:06
Peter Mixalko: Aİ proqramları Azərbaycan gəncləri üçün geniş seçim imkanı yaradıb

Avropa İttifaqı (Aİ) nümayəndəliyi iyunun 13-də “Doğru bacarıqları əldə et” kampaniyası çərçivəsində keçirdiyi seminarların sonuncusunu təşkil edib.

“Report” xəbər verir ki, gənclərin və Aİ üzvü olan ölkələrin nümayəndələrinin iştirakı ilə "Gələcəyin işi və gələcək bacarıqları" mövzusunda seminarın gələcəkdə əmək bazarında tələb olunacaq bacarıqlara diqqət yetirəcəyi gözlənilir.

“Aİ tərəfindən maliyyələşdirilən müxtəlif təşəbbüslər və proqramlar Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı üçün geniş seçim imkanları yaradıb. Aİ həm “Erasmus” tələbə təqaüdü proqramı çərçivəsində, həm də peşə təhsili proqramları çərçivəsində Azərbaycan gənclərinin öz potensiallarını tam reallaşdıra bilmələrinə kömək edir. Bu kampaniya göstərir ki, yaxşı iş və yüksək gəlir əldə etməyə kömək edəcək bacarıqları inkişaf etdirmək üçün geniş imkanlar var”, - Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko bildirib.

Peter Mixalko, həmçinin Azərbaycan ilə Aİ arasında təhsil sahəsində sıx əməkdaşlığın qurulduğunu bildirərək, bilik və bacarıqlara qoyulan vəsaitin gələcəyə investisiya olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi