Peskov: Qərblə münasibətlərdə “intibah dövrü” maraqlarımıza hörmətlə yanaşılandan sonra başlayacaq

Peskov: Qərblə münasibətlərdə “intibah dövrü” maraqlarımıza hörmətlə yanaşılandan sonra başlayacaq "Milli maraqlarımızın təmin olunması məsələlərində "qırmızı xətti" keçə bilmərik"
Digər ölkələr
26 Fevral , 2015 07:11
Peskov: Qərblə münasibətlərdə “intibah dövrü” maraqlarımıza hörmətlə yanaşılandan sonra başlayacaq

Bakı. 26Fevral. REPORT.AZ/ "Moskva-Qərb münasibətlərində “intibah dövrü” ancaq Rusiyanın milli maraqlarına hörmətlə yanaşılandan sonra başlaya bilər. Yeganə istəyimiz də budur".

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu fikri CNN telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov səsləndirib.

Onun sözlərinə görə, Rusiyanı Ukrayna münaqişəsinin tərəfi kimi göstərməyə, Moskvanı beynəlxalq siyasətdə təcrid etməyə çalışan bir sıra Qərb qüvvələri var.

Dmitriy Peskov xatırladıb ki, bir il əvvəl Ukraynada silah gücüylə legitim hakimiyyət devrildi. Rusiya da bu hadisələrlə bağlı dəqiq mövqeyini ortaya qoydu. "Biz, öz milli maraqlarımızın təmin olunması məsələlərində "qırmızı xətti" keçə bilmərik", - deyə prezidentin mətbuat katibi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi