Peskov: “Rusiya Britaniyada yeni Baş nazirin seçilməsi ilə münasibətlərin dəyişəcəyini gözləmir”

Peskov: “Rusiya Britaniyada yeni Baş nazirin seçilməsi ilə münasibətlərin dəyişəcəyini gözləmir” “Rəsmi Moskva Böyük Britaniyada yeni Baş nazirin seçilməsindən sonra rəsmi London ilə münasibətlərdə müsbət dəyişikliklərin olacağını gözləmir”.
Digər ölkələr
5 Sentyabr , 2022 13:57
Peskov: “Rusiya Britaniyada yeni Baş nazirin seçilməsi ilə münasibətlərin dəyişəcəyini gözləmir”
Dmitri Peskov

“Rəsmi Moskva Böyük Britaniyada yeni Baş nazirin seçilməsindən sonra rəsmi London ilə münasibətlərdə müsbət dəyişikliklərin olacağını gözləmir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Yaxın perspektivdə hər hansı dəyişikliklərin baş verəcəyini gözləmirik. Dəyişikliklərin daha pisə doğru olacağını demək istəməzdik, çünki indikindən daha pis vəziyyəti təsəvvür etmirik, amma bu da istisna olunmur. Hesab edirəm ki, yaxşı nəyəsə ümid etməyə dəyməz”, - o deyib.

Rusiya Prezidenti Vladimir Putinin Böyük Britaniyanın yeni Baş nazirinə təbrik teleqramı göndərib-göndərməyəcəyi ilə bağlı suala Peskov belə cavab verib: “Gəlin yeni Baş nazirin kim olacağını gözləyək”.

Son xəbərlər

Orphus sistemi