Peşavər məktəbindəki qətliamda şübhəli bilinən 5 nəfər həbs olunub

Peşavər məktəbindəki qətliamda şübhəli bilinən 5 nəfər həbs olunub Həmin terror aktı zamanı əksəriyyəti məktəblilələr olmaqla 148 nəfər öldürülmüşdü
Digər ölkələr
18 Yanvar , 2015 02:04
Peşavər məktəbindəki qətliamda şübhəli bilinən 5 nəfər həbs olunub

BAKI. 18 yanvar. REPORT.AZ/ Əfqanıstan rəsmilərinin verdikləri məlumatlara görə ötən ay Pakistanda Peşavər məktəbinə edilmiş qanlı basqınla əlaqədar 5 nəfər şübhəli həbs edilib.

"Report" Azadlıq Radiosuna istinadla xəbər verir ki, həmin terror aktı zamanı əksəriyyəti məktəblilələr olmaqla 148 nəfər öldürülmüşdü.

Rəsmilər bildiriblər ki, bu şəxslərin Peşavər şəhərindəki Ordu Orta Məktəbinə basqında iştirak etdikləri düşünülür.

Xəbər verilir ki, hamısı əcnəbi olan bu beş nəfər Əfqanıstanın Pakistanla şərq sərhəd bölgəsində həbs edilib.

Son xəbərlər

Orphus sistemi